Bank Of Baku

İraqda daha 2 şəhər İŞİD qüvvələrinin nəzarəti altına keçib

İraqda daha 2 şəhər İŞİD qüvvələrinin nəzarəti altına keçib
# 17 iyun 2014 18:20 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, İŞİD qüvvələri Diyala əyalətinin inzibati mərkəzi olan Baakübə şəhərindən 60 km şimalda yerləşən Əl Azım şəhərini və  Baakübədən 50 km şimal-şərqdə yerləşən Əs Səədiyyə şəhərini ələ keçiriblər. Dinc əhali kütləvi şəkildə adı çəkilən şəhərləri tərk edir. Məlumata görə, terrorçular qeyd olunan şəhərlərdə  hökumət binalarını nəzarətə alaraq, məmurları binaları tərk etməyə qoymurlar.

 

Bundan başqa, Kərkük şəhərinin ətrafındakı Əl Bəşir rayonunda kürd özünümüdafiə dəstələri və  İŞİD qüvvələri arasında şiddətli döyüşlərin getdiyi bildirilir. Ölənlərin sayı barədə hələlik məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR