Bank Of Baku

Məhəmməd Cavad Zərif: “İran “altılıq” ölkələrinə nüvə silahlanmasına yönəlməyəcəyinə dair zəmanət verib”

Məhəmməd Cavad Zərif: “İran “altılıq” ölkələrinə nüvə silahlanmasına yönəlməyəcəyinə dair zəmanət verib”
# 14 iyun 2014 13:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran “altılıq” ölkələri ilə nüvə müzakirələri çərçivəsində 6 dövlətə uranın zənginləşdirilməsi mövzusunda təklifini təqdim edib”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

 

Onun sözlərinə görə, rəsmi Tehran uranı 5% həddində zənginləşdirməkdə davam edəcək: “Həmin təklifdə həmçinin İranın nüvə silahlanmasına yönəlməyəcəyinə dair zəmanət verilib”.

 

M.C.Zərif İranın uran zənginləşdirilməsi də daxil olmaqla nüvə mövzusunda təqdim etdiyi təkliflin detallarını tam açıqlaya bilməyəcəyini deyərək, sənədin gizli olduğunu və Tehranın nüvə enerjisindən yararlanmaq haqqının qorunduğunu vurğulayıb.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri iyunun 16-20-də Vyanada keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR