Bank Of Baku

Məhəmməd Cavad Zərif: “İranla “altılıq” ölkələri arasında yekun nüvə razılaşması hazırlanır”

Məhəmməd Cavad Zərif: “İranla “altılıq” ölkələri arasında yekun nüvə razılaşması hazırlanır”
# 19 iyun 2014 07:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında yekun nüvə razılaşmasının mətninin yazılması prosesinə başlanılıb.

 

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

 

Onun sözlərinə görə, nüvə danışıqları çətin şəraitdə irəliləyir: “Qarşı tərəfin bəzi məsələlərlə bağlı mövqeyi qəbuledilməzdir. Ancaq buna baxmayaraq yekun razılaşmanın mətninin yazılması istiqamətində iş başlayıb. “Altılıq” ölkələrinin dürüst olması lazımdır. Hələ də tərəflər arasında ciddi ixtilaflar mövcuddur. Ona görə də yekun razılaşma mətninin hazırlanması işi də çox yavaş irəliləyir”.

 

M.C.Zərif yekun nüvə razılaşmasının mətnin hazırlanmasının tərəflərin tamamilə uzlaşdığı mənasını vermədiyini də deyib: “Tərəflər heç olmasa üzərində razılaşdıqları mövzuları bir mətnə qeyd etməyin nəticəsi olacağını düşünür”.

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri iyunun 16-da Vyanada başlayıb və hələ də davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR