Bakı-APA. Suriya müxalifətinin Milli koalisiyası Suriyaya dair «Cenevrə-2» konfransında iştirak şərti kimi tədbirdə münaqişənin həlli müddətinin müəyyənləşməsini irəli sürüb. Bu barədə APA Reyter-ə istinadən məlumat verir.
Müvafiq qətnamə Koalisiyanın İstanbulda keçirdiyi görüşün nəticəsində qəbul edilib. Qətnamədə münaqişənin əsas şərti olaraq prezident Bəşər Əsəd və digər rəhbər şəxslərin hakimiyyətdən uzaqlaşdırılması göstərilib.
Cenevrədə konfransın keçirilməsi iyunun 30-da nəzərdə tutulub.