Nepalın mərkəzində sərnişin avtobusu çaya düşüb.
APA-nın “Doordarshan” telekanalına istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən azı 19-u ölüb, 16-sı xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Avtobusda təxminən 40 sərnişinin olduğu bildirilib. Avtobus ölkənin cənub-şərqindən paytaxt Katmanduya gedirmiş.