Bank Of Baku

Nikolas Börns: “Bu ilin ikinci yarısında İran və ABŞ diplomatları arasında müzakirələr keçiriləcək”

Nikolas Börns: “Bu ilin ikinci yarısında İran və ABŞ diplomatları arasında müzakirələr keçiriləcək”
# 22 iyul 2013 14:18 (UTC +04:00)

Bakı . Real Cəfərli – APA. “İsrailin İrana hücum edə biləcək hərbi gücü yoxdur”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəhbərinin müavini Nikolas Börns bildirib.

N. Börns İsrailin baş naziri Benyamin Netanyahunu müdafiə etməklə yanaşı, sərt tənqid edib: “İsrailin baş nazirinin İran əleyhinə söylədiyi sözləri şişirdilmiş sayıram. Benyamin  Netanyahunun İrana qarşı daha ağır sanksiyalar tətbiq edilməsi və hətta hərbi müdaxilə tələbi bir müddətdir ABŞ dövlət başçıları tərəfindən izlənilir. Halbuki İsrailin İrana hücum etmək üçün nə bu işin öhdəsindən gələ biləcək hərbi gücü və nə də beynəlxalq aləmdə etibarı var”.

N. Börns həmçinin 2013-cü ilin ikinci yarısında İranla ABŞ diplomatları arasında 34 ildən sonra müzakirələrin keçiriləcəyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR