Bakı-APA. Pakistanın Əfqanıstanla həmsərhəd dağ bölgəsində silahlı toqquşma nəticəsində 19 silahlı islamçı və üç hərbçi ölüb.
APa-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, toqquşma ölkənin şimal-qərbində “Taliban” təşkilatı və “Ləşkəri İslam” islamçı hərəkatının üzvlərinə qarşı həyata keçirilmiş hərbi əməliyyatdan sonra baş verib.
Məlumata görə, islamçılar Haybər Paxtunxva əyalətinin inzibati mərkəzi olan Peşəvərdə hücum həyata keçirməyi planlaşdırırmış.
Qeyd edək ki, NATO-nun Əfqanıstandakı qüvvələrinin təchizatında istifadə olunan mühüm magistral bu bölgədən keçir.