Bank Of Baku

Pakistanda hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında ilk görüş keçirilib

Pakistanda hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında ilk görüş keçirilib
# 07 fevral 2014 02:44 (UTC +04:00)

Bakı-APA. Pakistanın paytaxtı İslamabadda  hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında silahlı mübarizənin dayandırılmasına dair danışıqların birinci raundu sona çatıb.  

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, görüş üç saat davam edib. Tərəflər sonrakı danışıqların şərtlərinin razılaşdırılmasına nail ola biliblər. Belə ki, tərəflər danışıqları poza biləcək  hər hansı addımlara yol verməməyə və danışıqların tezliklə yekunlaşdırılmasına dair razılaşma əldə ediblər.   

 

Məlumata görə, Pakistanın baş naziri Navaz Şərif  bir müddət əvvəl hökumətin silahlı mübarizənin sülh yolu ilə  dayandırılmasına çalışdığını bildirib. O, lakin, danışıqların pozulacağı təqdirdə gücdən istifadə ediləcəyini istisna etməyib.  

 

Pakistanlıların əksəriyyəti bu təmaslara şübhə ilə yanaşır və onları hökumətin zəifliyinin əlaməti kimi qiymətləndirir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR