Bank Of Baku

Papua-Yeni Qvineyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 12 nəfər ölüb

Papua-Yeni Qvineyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 12 nəfər ölüb
# 14 aprel 2016 03:04 (UTC +04:00)

Bakı-APA. Papua-Yeni Qvineyanın qərbində, Kiunqa şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 1 avstraliyalı pilot və 11 sərnişin ölüb.

 

Avstraliya XİN-in rəsmi nümayəndəsi bildirib ki, insidentlə bağlı ölkənin  Papua-Yeni Qvineyadakı səfiri yerli icra orqanları ilə sıx əlaqədədir. Qəzanın başvermə səbəbləri və ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR