İtaliyanın “Neos” aviaşirkətinə məxsus təyyarə Qazaxıstanın paytaxtı Astanada təcili eniş edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi texniki nasazlıq göstərilib
Çinin Nankin şəhərindən Milana uçan təyyarənin göyərtəsində 272 sərnişin olub. İnsident nəticəsində zərərçəkən olmayıb.
“Hazırda nasazlıq aradan qaldırılıb və təyyarə uçuşu davam etdirib”, deyə Astana hava limanının nümayəndəsi bildirib.