Bank Of Baku

Rusiya XİN: İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik

Rusiya XİN: İŞİD-lə mübarizədə istənilən addımları təqdir edirik
# 21 oktyabr 2017 08:20 (UTC +04:00)

"Moskva İŞİD-lə mübarizədə istənilən addımları təqdir edir".

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Suriyanın Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı ilə əlaqədar deyib. 

 

"İŞİD-lə mübarizədə istənilən uğuru müsbət qarşılayırıq. Bu baxımdan Raqqada əldə olunanlar irəliyə doğru addımdır", - deyə o vurğulayıb. 

 

Qeyd edək ki, Raqqa şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı beynəlxalq koalisiyanın köməyi ilə müxalif "Suriya Demokratik Qüvvələri" tərəfindən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR