Bakı. Real Cəfərli - APA. İran prezidentliyinə namizəd Səid Cəlili son günlər özünə qarşı yönəldilmiş ittihamlara münasibət bildirib.
APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib ki, o, hökumətin və “yolunu azmış” cərəyanın namizədi deyil: “Mən seçkilərə inqilabın qayda-qanunlarını əsas götürərək qatılmışam. Mənim üçün də İranın ali dini liderinin sözləri əsasdır. İnqilabın təməl prinsiplərindən uzaqlaşmağı əsla qəbul etmirik”.
Qeyd edək ki, son günlər İran mətbuatında S.Cəlilinin İran prezidenti Mahmud Əhmədinejadın və onun qudası İsfəndiyar Rəhim Məşayinin adamı olması barədə xəbərlər yayılır.