Bank Of Baku

KXDR-in Kim İr Senin ad günündə keçirdiyi ballistik raket sınağı uğursuz olub

KXDR-in Kim İr Senin ad günündə keçirdiyi ballistik raket sınağı uğursuz olub
# 15 aprel 2016 05:41 (UTC +04:00)

Bakı-APA. Şimali Koreyanın bu gün səhər saatlarında keçirdiyi ballistik raket sınağı uğursuz olub.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sınaqdan keçirilən raketin uçuş radiusu 3 min km-dən çox təşkil edən “Musudan” ballistik raketi olduğu bildirilir.  

 

“Reuters”-in məlumatına görə, ABŞ strateji komandanlığı raketin uçuş trayektoriyasını izləyə bilib. Məlumata görə, raket buraxılışı Şimali Amerika qitəsinə heç bir təhlükə yaratmayıb.    

 

Qeyd edək ki, Şimali Koreya bundan əvvəl Kim İr Senin ad gününün qeyd olunduğu 15 aprel tarixində ballistik raketi sınaqdan keçirəcəyini bəyan etmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR