Bakı-APA. Şimali Koreyada baş verən daşqın və torpaq sürüşməsi ciddi fəsadlar törədib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın “Free North Korea” radiostansiyası məlumat yayıb.
Məlumata əsasən, təbii fəlakət ən çox Yanqando və Hamqen-Pukto əyalətlərinə zərər vurub. Hesan şəhərində beşmərtəbəli bina uçub. 80 nəfərin dağıntılar altında qaldığı güman edilir.
Çondin şəhərində bir çox yaşayış evi və inzibati binaları su basıb. Radiostansiyanın yerli mənbələrə istinadən məlumatına görə, ölkənin bir sıra yaşayış məntəqəsində dağıntı və tələfat halları qeydə alınıb.