Bank Of Baku

Suriya XİN: Bəşər Əsədin istefası Cenevrə danışıqlarında müzakirə mövzusu deyil

Suriya XİN: Bəşər Əsədin istefası Cenevrə danışıqlarında müzakirə mövzusu deyil
# 10 fevral 2014 14:50 (UTC +04:00)

Bakı – APA. Prezident Bəşər Əsədin istefası Cenevrə danışıqlarında müzakirə mövzusu deyil.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad bəyan edib.

 

“Əlbəttə ki, biz Bəşər Əsədin prezident postundan getməsini müzakirə etməyəcəyik. Bu mövzu gündəlikdə yoxdur və heç vaxt da olmayıb. Odur ki, Əsədin istefasını arzulayanlara deyin ki, onlar sadəcə vaxt itirir. Bu cür söhbətlərə son qoyulmalıdır”, - deyə F.Mikdad vurğulayıb.

 



 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR