Bakı-APA. Suriyanın şimal-qərbindəki İdlib əyalətində baş verən atışmada 3 əcnəbi vətəndaş həlak olub. APA-nın məlumatına görə, bu barədə Suriya insan haqlarına riayətə nəzarət mərkəzi xəbər yayıb.
Məlumata əsasən, həlak olmuş əcnəbilər ABŞ və Böyük Britaniya vətəndaşlarıdırlar. Müsəlman olan bu şəxslər müxalifətçi təşkilatlarla işləyirmişlər.
Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından davam edir.