Bank Of Baku

Suriyada kimyəvi silah istehsalı müəssisələrinin fəaliyyəti dayandırılıb

Suriyada kimyəvi silah istehsalı müəssisələrinin fəaliyyəti dayandırılıb
# 31 oktyabr 2013 10:29 (UTC +04:00)

Bakı - APA. Suriya hakimiyyəti üzərinə götürdüyü öhdəliyə əməl edərək, ölkədə kimyəvi silah istehsalı üçün nəzərdə tutulan istehsal sahələri və qurğuları məhv edib.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu, mərkəzi ofisi Haaqada yerləşən Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilatın hesabatında yer alıb.

 

Suriya hakimiyyəti ekspertlərə kimyəvi silah istehsalı ilə bağlı 23 obyektin siyahısını təqdim edib. Kimyəvi Silahların Qadağan Edilməsi üzrə Təşkilat 21 obyektdə kimyəvi silah istehsalı üçün nəzərdə tutulan avadanlıqların məhv edildiyini təsdiqləyib. Ekspertlər qalan iki obyektdə də artıq avadanlıqlarla bağlı yoxlama aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR