Bakı-APA. Suriya vətəndaşı olan Əl Ərəbiya telekanalının jurnalisti ölkənin Hələb şəhəri yaxınlığında öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Məhəmməd Səid Hələb şəhərinin ətrafında qətlə yetirilib. İnsidentin təfərrüatları açıqlanmır.
Məhəmməd Səid, əsasən, ölkənin humanitar problemlərini işıqlandırıb.