Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində telekommunikasiya qülləsi yerləşdiyi ikimərtəbəli binanın üzərinə aşıb.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Sənayi küçəsində baş verib. Nəticədə bina tamamilə dağılıb.
Hadisənin baş vermə səbəbləri məlum deyil. İndiyədək insan itkisi və xəsarətinin olub-olmaması barədə hər hansı bir məlumat açıqlanmayıb.