Bank Of Baku

Türkiyə ordusunun 3 əsgəri və 1 qoruyucu şəhid olub

Türkiyə ordusunun 3 əsgəri və 1 qoruyucu şəhid olub
# 25 may 2017 15:01 (UTC +04:00)

Bu gün Türkiyə ordusunun 3 əsgəri və 1 qoruyucu şəhid olub.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, PKK terrorçular Van rayonunun Çaldıran qəsəbəsinin Gülizar məhəlləsi yaxınlığında yolu bağlayıb, 3 yük maşınını yandırması ilə əlaqədar bölgədə əməliyyat-axtarış tədbirləri keçirilib. Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışma zamanı 3 əsgər və bir qoruyucu şəhid olub, 4 əsgər yaralanıb.

 

Bölgədə antiterror əməliyyatı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR