Bakı. Real Cəfərli - APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyi əfv fərmanı imzalayıb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani 13 iyun 12 imam Həzrəti Mehdi (ə) doğum günü münasibətilə ali dini liderə məktubla müraciət edib. Məktubda siyasi və mülki, həmçinin hərbi cinayətlərə görə azadlıqdan məhrum edilmiş 1052 məhbusun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi xahiş edilib.
İranın ali dini lideri təklifi qəbul edib.