Bank Of Baku

Xamneyi prezidentliyə namizədləri bir-birilərinə qaşı kobud ifadələrdən çəkinməyə çağırıb

Xamneyi prezidentliyə namizədləri bir-birilərinə qaşı kobud ifadələrdən çəkinməyə çağırıb
# 27 may 2013 16:59 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “ABŞ İran xalqının prezident seçkiləri ilə bağlı ümidini itirməsini istəyir. Çünki xalqın seçkilərdə aktivlik nümayiş etdirməsi onların xeyrinə deyil”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İranın ali dini lideri, ayətullah Əli Xamneyi bildirib.

 

O deyib ki, İran xalqının seçkilərdə aktivlik nümayiş etdirməsi ABŞ-ın təxribatlarını boşa çıxaracaq: “İranda seçkilərlə bağlı açıqlamalar verənlər üçün Quantanamo həbsxanası, Pakistan və Əfqanıstanın kəndləri üzərində pilotsuz təyyarələrinin uçuşları, bölgədə müharibəni alovlandırmaq və cinayətkar sionist rejimi qeyd-şərtsiz dəstəkləmək rüsvayçılıq, xəcalət və qara ləkədir. Onların İranı tənqid etməsinə cavab vermək əhəmiyyətsizdir. Lakin bu açıqlamalar xalq üçün ibrətvericidir. Çünki seçkilər onlar üçün yüksək həssaslıq göstəricisidir”.

 

Ayətullah Xamneyi həmçinin xalqa daha üstün keyfiyyətlərə malik şəxsin ölkə prezidenti seçilməsi üçün namizədlərin şüar və açıqlamalarını son dərəcə diqqətlə dinləməyi tövsiyə edib.

Eyni zamanda ali dini lider prezidentliyə namizədləri də təbliğat-təşviqat kampaniyaları dövründə bir-birilərinə qaşı kobud ifadələrdən və hörmətsiz davranışlardan çəkinməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR