Bakı-APA. Yaponiyanın Honsyu adasının şərqində 5,5 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 07.37-də (Bakı vaxtı ilə 02.37-də) qeydə alınıb. Zəlzələnin episentri paytaxt Tokiodan 41 km şimal-şərqdə, 37 km dərinlikdə qeydə alınıb.
“Frans Press”in məlumatına görə, zəlzələ 2011-ci ildə sunami nəticəsində dağılmış “Fukusima-1” atom elektrik stansiyasına təsir edib, lakin stansiyanın işində heç bir problem yaranmayıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.