Bank Of Baku

Yukiya Amano: “İranla AEBA arasında nüvə müzakirələri dalana dirənib”

Yukiya Amano: “İranla AEBA arasında nüvə müzakirələri dalana dirənib”
# 03 iyun 2013 14:32 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında nüvə müzakirələri dalana dirənib.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu fikri agentliyin icraçı direktoru Yukiya Amano AEBA İdarə Heyətinin 35 ölkənin nümayəndəsinin iştirakı ilə iyunun 3-də başlamış iclasında səsləndirib.

 

Onun sözlərinə görə, İranla AEBA arasında 11 dəfə nüvə müzakirələri keçirilməsinə baxmayaraq, danışıqlar nəticəsiz başa çatıb: “Biz konkret nəticə əldə etmək üçün gec qalmamalı və İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin sülh yolu ilə həllinə çalışmalıyıq. Bu, İran və dünya ictimaiyyəti üçün də doğru variantdır”.

 

Y.Amano bir daha İranı AEBA ilə əməkdaşlıq etməyə çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR