İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında razılıq əldə olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
"Ötən gecə İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında razılaşma əldə olundu. Bu razılaşma bir çox iddia olunan narahatlığı aradan qaldıracaq. İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə qarşılıqlı əməkdaşlığını daha da artıracaq", - İran XİN başçısı bildirib.
O vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün hesabatlarında İranın nüvə proqramının sülhyönümlü olduğunu təsdiqlənir.