Bank Of Baku

XİN İranın Qırmızı dənizdə Britaniya gəmisinin ələ keçirilməsində iştirak etmədiyini bildirib

XİN İranın Qırmızı dənizdə Britaniya gəmisinin ələ keçirilməsində iştirak etmədiyini bildirib
# 20 noyabr 2023 12:46 (UTC +04:00)

İran Yəmən husiləri tərəfindən Qırmızı dənizdə gəminin ələ keçirilməsində iştirakı ilə bağlı ittihamları rədd edib.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Kənani, Tehranın Qırmızı dənizdə Britaniyaya məxsus və Yaponiyaya əməliyyat şirkəti tərəfindən istifadə edilən “Galaxy Leader” gəmisinin ələ keçirilməsində iştirakı ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahu ofisinin ittihamlarını rədd edib.

"Biz dəfələrlə demişik ki, bölgədəki müqavimət qüvvələri özlərinin və xalqlarının maraqlarına əsaslanaraq müstəqil şəkildə hərəkət edirlər", - Kənani vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR