Yaponiya daha 17 Rusiya vətəndaşına sanksiya tətbiq edib.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, rusiyalı milyarder Yuri Kovalçukun ailə üzvlərinin, Rusiya Dumasının deputatlarının və rusiyalı oliqarx Viktor Vekselberqin Yaponiyadakı aktivləri dondurulub.
Bununla da Yaponiyada aktivləri dondurulan rusiyalıların sayı 61-ə çatıb.