Bank Of Baku

Yaponiya fəaliyyət göstərən nüvə reaktorlarının sayını 17-yə çatdırmağı planlaşdırır

Yaponiya fəaliyyət göstərən nüvə reaktorlarının sayını 17-yə çatdırmağı planlaşdırır
# 24 avqust 2022 08:30 (UTC +04:00)

Yaponiya hökuməti ölkənin müxtəlif bölgələrində fəaliyyəti dayandırılan nüvə enerji bloklarından yeddisini işə salmaqla 2023-cü ilin yayına qədər fəaliyyət göstərən nüvə reaktorlarının sayını 17-yə çatdırmağı planlaşdırır.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, o cümlədən, “Kasivadzaki-Kariva” AES-in altıncı və yeddinci enerji bloklarının, “Onaqava” AES-in ikinci enerji blokunun, “Takahama” AES-in birinci və ikinci blokunun, “Simane” AES-in ikinci blokunun və “Tokai-2” AES-in yeddinci enerji blokunun yenidən işə salınması planlaşdırılır.

Qeyd olunur ki, “Onaqava”, “Takahama” və “Simane” atom elektrik stansiyalarının operatorları artıq yerli hakimiyyət orqanlarından lazımi razılığı alıblar və hazırda stansiyalarda təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzrə işləri yekunlaşdırırlar.

Bundan əlavə, gözlənildiyi kimi, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi atom elektrik stansiyalarının maksimum icazə verilən istismar müddətinin artırılması imkanlarını nəzərdən keçirəcək. Qanuna görə, AES-lərdə reaktorların maksimum istismar müddəti 40 il ilə məhdudlaşır, lakin bütün tələblərə əməl edildikdə və yoxlamadan keçdikdən sonra bu müddət daha 20 il uzadıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR