Yaponiya G7 ölkələrinin (ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Kanada, İtaliya, Aİ və Yaponiya) xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edir.
APA xəbər verir ki, bazar ertəsi başlayan və iki gün davam etməsi planlaşdırılan görüşdə əsas müzakirə mövzusunun Rusiyanın Ukraynadakı müharibəsi, Ukraynanın Rusiyaya qarşı dəstəklənməsi məsələsi olacağı bildirilir.
Görüşdə həmçinin Çinin Tayvana artan təhdidlərinə, Şimali Koreyanın ballistik raket testlərinə diqqət yetirəcəyi bildirilib.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi jurnalistlərə açıqlamasında bildirib ki, Ukraynadakı müharibə səbəbilə dünya hazırda dönüş nöqtəsindədir və status-kvonun güc yolu ilə dəyişdirilməsi istiqamətində birtərəfli səylərin, Rusiyanın Ukraynaya təcavüzünün və nüvə silahı istifadə etmək təhdidlərinin qarşısı alınmalıdır.