Yaponiya hökuməti tam tərkibdə istefa verib.
APA-nın Kiodo agentliyinə istinadla xəbərinə görə bu hökumət oktyabrın 4-də Fumio Kisidanın Baş nazirin müavini seçilməsi ilə formalaşmışdı.
Oktyabrın 4-də səlahiyyət müddəti başa çatan aşağı palata buraxılıb, ayın 31-də isə yeni tərkib üçün seçkilər keçirilib. Proqnozların əksinə olaraq Liberal-demokrat partiyası parlamentdə yerlərdən çoxunu qorumağa nail olub.