Bank Of Baku

Yaponiya Milli Polis Təşkilatının rəisi istefa verib

İtaru Nakamura

© APA | İtaru Nakamura

# 25 avqust 2022 11:06 (UTC +04:00)

Yaponiya Milli Polis Təşkilatının rəisi İtaru Nakamura keçmiş baş nazir Sindzo Abenin sui-qəsdinə səbəb olan təhlükəsizlik boşluqlarına görə məsuliyyəti öz üzərinə götürərək istefa verib.
APA "Japan Times"ə istinadən xəbər verir ki, bu barədə o mətbuat konfransında bildirib.
Nakamura deyib ki, o, artq Milli İctimai Təhlükəsizlik Komissiyasına istefa məktubunu təqdim edib
Yaponiya Milli Polis Təşkilatının rəisi parlamentin yuxarı palatasına seçkilər ərəfəsində iyulun 8-də keçirilən kampaniya mitinqində güllələnərək öldürülən Abeni polisin qoruya bilməməsindən təəssüfləndiyini bildirib.

O deyib ki, artıq polis sistemində yeni təhlükəsizlik tədbirləri qəbul olunur və buna görə də yeni komandanın formalaşması təbiidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR