Bank Of Baku

Yaponiya MN hərbi helikopterin qəzaya uğraması ilə bağlı təkzib verib - YENİLƏNİB

Yaponiya MN hərbi helikopterin qəzaya uğraması ilə bağlı təkzib verib - YENİLƏNİB
# 15 mart 2024 09:39 (UTC +04:00)

Yaponiya Müdafiə Nazirliyi Özünümüdafiə Qüvvələrinə məxsus helikopterin Oita prefekturasında qəzaya uğraması ilə bağlı məlumatı təsdiqləməyib.

APA xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd olunur ki, nazirlik özünümüdafiə qüvvələrinin sərəncamında olan bütün təyyarə və helikopterlərin yerini və vəziyyətini yoxlayıb.

İlkin olaraq qəza ilə bağlı məlumat Oita prefekturasının yanğınsöndürmə idarəsindən daxil olub. Polisin məlumatına görə, şübhəli qəza haqqında yanğınsöndürənlərə helikopterin alçaq hündürlükdə dağların üzərində yoxa çıxdığını görən və onların üzərinə düşdüyünə güman edən yerli sakin məlumat verib.

***

09:23

Yaponiyada hərbi helikopter qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, helikopter özünümüdafiə qüvvələrinə məxsusdur.

Hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib. Yerli sakinlər arasında xəsarət alanların olmadığı vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR