Yaponiya və ABŞ arasında gömrük rüsumları ilə bağlı üçüncü danışıqlar raundu mayın 23-də keçirilə bilər.
APA xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Məlumata görə, danışıqlarda Yaponiya tərəfini iqtisadiyyatın bərpası naziri Ryosey Akadzava təmsil edəcək.
O, gömrük tarifləri və ticarət siyasəti üzrə Yaponiyanın ABŞ-la danışıqlarına rəhbərlik edir.