Bank Of Baku

Yaponiya və Britaniya Çinlə Şimali Koreyaya qarşı addımları koordinasiya edəcək

Yaponiya və Britaniya Çinlə Şimali Koreyaya qarşı addımları koordinasiya edəcək
# 17 aprel 2023 12:48 (UTC +04:00)

Yaponiya və Böyük Britaniya təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcək, Çin və KXDR ilə bağlı məsələlərdə koordinasiyanı davam etdirəcək.

APA-nın Britaniya müxbiri xəbər verir ki, müvafiq razılıq bazar ertəsi G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçirildiyi Karuizava şəhərində Britaniya və Yaponiya XİN başçılarının ayrıca görüşü zamanı əldə olunub.

Bildirilib ki, nazirlər təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. Yoşimasa Hayaşi və Ceyms Kleverli bir daha Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid edib, həmçinin Pxenyanın nüvə raket proqramı da daxil olmaqla, Çin və Şimali Koreya ilə bağlı məsələlərdə koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.

Yaponiya bu il G7-yə sədrlik edir və may ayında Hiroşima sammitinə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom zərbəsinə məruz qalaraq, ABŞ-ın 9 avqust 1945-ci ildə atom bombası atdığı Naqasaki ilə birlikdə dünyada nüvə silahının döyüşdə istifadə edildiyi yeganə yerə çevrilib.

G7 xarici işlər nazirlərinin görüşü 16-18 apreldə Yaponiyanın Karuizava kurort şəhərində keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR