Yaponiyanın İsikava prefekturasına yağan güclü yağışlar nəticəsində ən azı bir nəfər itkin düşüb.
APA xəbər verir ki, bu barədə prefektura administrasiyasının yaydığı məlumatda deyilir.
Güclü yağışlara görə ən azı 26 min sakinin təxliyəsi tövsiyə olunub.
“Hokuriku Electric Power” şirkətinin məlumatına görə, İşikava prefekturasında ən azı 4800 ev işıqsız qalıb.