Bank Of Baku

Yaponiyada növbəti dəfə güclü zəlzələ olub - YENİLƏNİB

Yaponiyada növbəti dəfə güclü zəlzələ olub - YENİLƏNİB
# 02 aprel 2024 04:51 (UTC +04:00)

Yaponiyanın Honsyu adasının şimalında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri İvate prefekturasında, zəlzələocağı isə yerin 71 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Akita, Aomori, Miyaqi, Fukusima, Yamaqata, eləcə də Hokkaydo prefekturalarında hiss olunub.

***

Saat 03:29

Yaponiyada güclü zəlzələ baş verib.

APA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, 5,9 maqnitudalı zəlzələnin ocağı 59 kilometr dərinlikdə yerləşib.

Seysmoloji Mərkəzin məlumatına əsasən, yeraltı təkanların ocağı ölkənin Hatinohe şəhərindən 44 kilometr cənub-şərqdə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR