Yaponiyanın Osaka şəhərində ofis binasında yanğın zamanı beş nəfər ölüb.
APA-nın məlumatına görə, NHM telekanalı xəbər verir ki, həkimlər onların hamısının dəm qazından öldüyünü açıqlayıb.
Yanğında daha 22 nəfərin də həyatını itirdiyi bildirilir. Lakin Yaponiyada ölüm halı səlahiyyətli həkim tərəfindən xüsusi prosedur əsasında təsdiqlənməlidir. Hələlik prosedur davam etdiyindən həmin 22 nəfərin öldüyü rəsmi açıqlanmayıb.
Bundan əvvəl yanğında 28 nəfərin xəsarət aldığı barədə məlumat verilmişdi.
Polis hadisənin qəsdən törədildiyi versiyası üzərində də işləyir.
Yanğından əvvəl hadisə yerində 60 yaşlı kişinin əraziyə sulu məhlul tökdüyü müşahidə edilib. Yanğın məhz bundan sonra başlayıb.
Polis əməkdaşları həmin kişinin zərərçəkənlər arasında olub-olmadığını araşdırır.
***
08.04
Yaponiyanın Osaka şəhərində baş verən güclü yanğın zamanı azı 28 nəfər xəsarət alıb.
APA Kyodo agentliyinə istinadən xəbər verir ki, xəsarət alanlardan 27-sinin vəziyyəti son dərəcə ağırdır.
Onların ürək və ağciyər çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Ehtimala görə, ziyarətçilər və klinika işçiləri yanğın zamanı içəridən çıxa bilməyiblər.
Yanğın şəhərin əsas vağzalının yaxınlığında insanların sıx olduğu məhəllədə yerləşən inzibati binanın dördüncü mərtəbəsində baş verib. Binada klinika, gözəllik salonu, ingilis dili kursu və bir neçə ofis yerləşir.
Hadisə yerinə 30-dan çox yanğınsöndürmə briqadası gəlib. Yarım saat ərzində yanğını söndürülüb.