Bank Of Baku

Yəmən husiləri ABŞ-nin MQ-9 PUA-sını vurduqlarını açıqlayıblar

Yəmən husiləri ABŞ-nin MQ-9 PUA-sını vurduqlarını açıqlayıblar
# 28 dekabr 2024 22:31 (UTC +04:00)

Yəmənin husilərdən ibarət “Ənsar Allah” qruplaşmasının hərbi sözçüsü, briqada generalı Yəhya Sərii dünən axşam saatlarında Yəmənə reydlər təşkil edən ABŞ ordusuna məxsus MQ-9 pilotsuz təyyarəsini vurduqlarını açıqlayıb.

APA əl-Cəziraya istinadən xəbər verir ki, sözçü PUA-nı yerli istehsal olan yer-hava tipli raketlə vurduqlarını deyib.

PUA-nın Yəmənin Beyda vilayətində əməliyyat yerinə yetirmək istəyərkən vurulduğu bildirilir.

Qruplaşma sözçüsü həmçinin PAU-nın sayca vurulan 13-cü pilotsuz təyyarə olduğunu deyib.

ABŞ tərəfdən məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR