Bank Of Baku

Mohsen Rezayi: İran bütün potensialından istifadə etməyib, növbəti müharibəyə hazırıq

Mohsen Rezayi: İran bütün potensialından istifadə etməyib, növbəti müharibəyə hazırıq
# 22 oktyabr 2026 12:11 (UTC +04:00)

Vəziyyət belə davam etsə, enerji bazarlarında 30 il qeyri-sabitlik hökm sürəcək.

“Tasnim”in xəbərinə görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi deyib.

“İrana qarşı hücumun ödəniləcək bir qiyməti var. Diplomatiya bu həqiqəti dərk etdirməyi bacaracaqsa, biz diplomatiyanı üstün tuturuq. Amma müharibə davam etsə, İran buna cavab vermək üçün lazımi vasitələrə sahibdir”, - Rezayi vurğulayıb.

O, əvvəlki müharibələrdə İranın bütün potensialından istifadə etmədiyini əlavə edib və ölkəsinin müharibənin növbəti mərhələsinə hazır olduğunu bildirib.

“Mövcud vəziyyət davam etsə, bunun strateji nəticələri olacaq. Onlardan biri də budur ki, enerji bazarları növbəti 30 ilə qədər sakitlik tapmayacaq”, - Mohsen Rezayi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR