İstanbulda Ukrayna üzrə danışıqların vaxtı dəyişib.
APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
O qeyd edib ki, İstanbulda Ukrayna məsələsi üzrə danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə günün ikinci yarısına keçirilib.