Bank Of Baku

Zelenski Məhəmməd bin Salmanı Ukraynaya səfərə dəvət edib

Zelenski Məhəmməd bin Salmanı Ukraynaya səfərə dəvət edib
# 19 may 2023 18:27 (UTC +04:00)

Hazırda Ərəb Dövlətləri Liqası sammitinin keçirildiyi Ciddə şəhərində səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanının Baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu Ukraynaya səfərə dəvət edib.

APA xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat verib.

“Vladimir Zelenski Məhəmməd bin Salman Əl Səudu Ukraynaya səfərə dəvət edib”, - məlumatda deyilir.

Bildirilib ki, Ukrayna dövlət başçısı, həmçinin vəliəhd şahzadəyə Ukraynanı dəstəklədiyinə və beynəlxalq təşkilatlar çərçivəsində prinsipial mövqeyinə görə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR