İŞİD Dəkkədəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

İŞİD Dəkkədəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb - <span style="color: red;">YENİLƏNİB
# 01 iyul 2016 22:09 (UTC +04:00)

İŞİD Banqladeşin paytaxtı Dəkkədəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib.

İlkin məlumata görə, onlarla insan girov götürüb. Onların əksəriyyətinin əcnəbilər olduğu qeyd olunur.

***

22:07

Bakı-APA. Banqladeşin paytaxtı Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən hücum nəticəsində bir neçə polis əməkdaşı daxil olmaqla, azı 30 nəfər yaralanıb.

Hadisə yerində partlayışın baş verdiyi bildirilir.

Silahlılar restoranda 20 nəfəri girov götürüb. Onların əksəriyyətinin əcnəbilər olduğu qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR