Azərbaycanda bir ildə pərakəndə ticarət dövriyyəsi 2% artıb

Azərbaycanda bir ildə pərakəndə ticarət dövriyyəsi 2% artıb
# 15 avqust 2016 11:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,0% artaraq 16,2 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak məhsullarının 99,9%-i qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,3%-i hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 240,3 manatlıq və ya 2015-ci ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb.

Bu ilin yanvar-iyul aylarında pərakəndə şəbəkədə satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2015-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 2,8% üstələyərək 7997,8 mln. manata çatıb. Ticarət dövriyyəsi 8171,7 mln. manat təşkil edən qeyri-ərzaq məhsulları üzrə satış isə 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 0,6% çox olub.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 118,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 121,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bu ilin yanvar-iyul aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR