Bank Of Baku

AŞ PA-da Türkiyənin iqtidar partiyasının qapadılması ilə bağlı məsələ müzakirə olunub

AŞ PA-da Türkiyənin iqtidar partiyasının qapadılması ilə bağlı məsələ müzakirə olunub
# 26 iyun 2008 17:47 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının bugünkü plenar iclasında əsas müzakirələr Türkiyədəki vəziyyətlə bağlı olub. APA-nın Avropa bürosunun məlumatına görə, AŞ PA Monitorinq Komitəsinin Türkiyə üzrə məruzəçisi Luç Van den Brandin “ Türkiyədə demokratik institutların fəaliyyəti ” adlı hesabatla çıxış edib. Müzakirələr əsasən Türkiyənin hakim partiyası olan AKP-nin bağlanması ilə əlaqədar məhkəmə iddiası ətrafında aparılıb. Məruzəçi, ümumiyyətlə, partiyaların fəaliyyətinin qadağan olunmasına qarşı olduğunu bildirib. AŞPA Monitorinq Komitəsi hesab edib ki, məhkəmənin nəticəsindən asılı olmayaraq, Türkiyədə AKP-nin qapadılması və baş nazir, prezident, həmçinin partiyanın 39 millət vəkili də daxil olmaqla 71 üzvünün siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyulması bu ölkədə siyasi stabillin pozulmasına səbəb olacaq, eyni zamanda dövlət təsisatlarının demokratik fəaliyyətinə ciddi xələl gətirəcək, siyasi və iqtisadi islahatlar aparılması prosesini gecikdirəcək. Çıxışlarda qeyd olunub ki, partiyanın bağlanması barədə qərar çıxarılacağı təqdirdə Türkiyə yenidən AŞPA-nın monitorinqi altına düşə bilər. Bu isə ölkənin Avropa Birliyinə daxil olması yolunda növbəti əngələ çevriləcək.
Türkiyəni AŞ PA-da təmsil edən nümayəndə heyətinin üzvləri isə müzakirələrdə ikiyə bölünüblər. AKP-ni təmsil edən deputatlar hesabatı müsbət qiymətləndirsələr də, Toğrul Türkeş və digər müxalifət təmsilçiləri bunun əleyhinə olublar. Onlar hesab ediblər ki, AŞ PA-nın bu məsələlərlə bağlı qərar verməsi düzgün deyil və məhkəmənin qərarına bəribaşdan müdaxilədir.
Çıxış edən bir çox avropalı parlamentarilər AKP iqtidarının irəliləyişlərindən, islahatlardan, Türkiyənin Avropa Birliyinə inteqrasiya prosesini sürətləndirməsindən danışıblar. Onlar Türkiyə məhkəmə orqanlarını xalqın seçiminə hörmətlə yanaşmağa çağırıblar. Müzakirələrin sonunda hesabat qəbul edilib.
Onu da qeyd edək ki, hazırda Türkiyə AŞ PA-da post-monitorinq ölkələri sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR