Bank Of Baku

BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı Kərkük problemi haqqında konfrans keçirib

BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı Kərkük problemi haqqında konfrans keçirib
# 27 iyun 2008 07:45 (UTC +04:00)
Brüssel. Kərim Həsənli APA. BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO) Brüsseldə Kərkük probleminə dair konfrans keçirib. APA-nın xəbərinə görə, Avropa Parlamentində türkmən və kürd nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə İraq türkmənlərinə qarşı ədalətsiz siyasətdən danışılıb. Avropa Parlamentinin deputatı Anna Mariya Qomes Kərkükdə yaranmış böhrandan çıxış yolu kimi referendumun keçirilməsini göstərib. İraq prezidenti Cəlal Tələbaninin türkmən məsələləri üzrə müşaviri, İraq türkmənlərinin UNPO-dakı nümayəndə heyətinin başçısı Müzəffər Arslan bildirib ki, toplantının Avropa Parlamentində təşkil olunmasının əsas məqsədi türkmənlərin probleminin dünyanın gündəminə gətirilməsidir: “İraq Konstitusiyasının 140-cı maddəsinə əsasən 2007-ci ilin sonuna kimi Kərkükdə vəziyyət sabitləşdirilməli, əhalinin siyahıyaalınması həyata keçirilməli və sonra refrendum təşkil etməklə onun gələcək taleyi müəyənləşdirilməli idi. Ancaq bildiyiniz kimi, çox sayda kürd bəzi qonşu ölkələrdən gətirilərək Kərkükə yerləşdirilib”. M. Arslan qeyd edib ki, həmin maddə 2007-ci il arxada qaldığı üçün etibarsız hesab olunmalı, problem icmalararası ittifaq sayəsində həllini tapmalıdır: “Kərkükə xüsusi status verilə və Türkmən Federasiyası elan oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR