Bank Of Baku

Ankara Ticarət Palatasının sədri Sinan Aygün azadlığa buraxılıb

Ankara Ticarət Palatasının sədri Sinan Aygün azadlığa buraxılıb
# 15 iyul 2008 07:51 (UTC +04:00)
Ankara APA. İyulun 1-də “”Ergenekon işi” ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunmuş Ankara Ticarət Palatasının sədri Sinan Aygün sərbəst buraxılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbul 13-cü Ağrı Cəza Məhkəməsi həbs-qətimkan tədbirinə etiraz edən S. Aygünün vəkilinin vəsatətini təmin edib. İyulun 14-də yerli vaxtla saat 21.30-da həbsxanadan çıxan S. Aygün 14 gün qonaq qaldığını deyib: “Gördüyünüz kimi, daha sağlam, daha yüksək əhval-ruhiyyə ilə çıxıram. Allah içəridəkilərə səbr versin. Sabah Ankara Ticarət Palatasında daha geniş açıqlama ilə çıxış edəcəyəm”.
Qeyd edək ki, məhkəmə vəkillərin ordu generalları Xurşid Tolon və Şənər Əruyğurun azadlığa buraxılması tələbini rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR