Konyada binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb

Konyada binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb
# 02 avqust 2008 07:42 (UTC +04:00)
Konya – APA. Türkiyənin Konya vilayətinin Daşkənd rayonunun Balçılar qəsəbəsində məktəb və yataqxana kimi istifadə edilən binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, uçqun altından hadisə zamanı itkin düşən daha bir yeniyetmə qızın meyiti çıxarılıb.
Qeyd edək ki, dünən səhər saatlarında təbii qaz bakının partlaması nəticəsində üçmərtəbəli bina tamamilə dağılıb. Balçılar qəsəbəsi Kurs və Məktəb Şagirdlərinə Yardım Dərnəyi tərəfindən 17 il əvvəl açılan məktəbdə qızlar üçün “Quran” tədris edilirmiş. Dərnəyin qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Buna görə, dərnəyin sədri və məktəbin direktoru Hüseyn Gömləkçi həbs olunub. Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, daxili işlər naziri Bəşir Atalay, səhiyyə naziri Rəcəb Akdağ, qadın və ailə məsələləri üzrə dövlət naziri Nemət Çubukçu hadisə yerinə baş çəkiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR