Partiya sədrinin bacısı oğlu oğurluqda təqsirləndirilərək həbs edilib

Partiya sədrinin bacısı oğlu oğurluqda təqsirləndirilərək həbs edilib
# 02 avqust 2008 09:20 (UTC +04:00)
Ankara – APA. Türkiyənin Demokratik Toplum Partiyasının (DTP) sədri Əhməd Türkün bacısının oğlu oğurluqda təqsirləndirilərək həbs olunub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partiya sədrinin bacısı oğlu Loğman Türkün 5 nəfərlə birlikdə Ankara yaxınlığında Ceyhan-Qırıqqala neft kəmərindən neft oğurladığı müəyyənləşdirilib. Qrup üzvləri kəmərdən neft oğurlayarkən tutulublar. Türkiyənin BOTAŞ şirkətinin vəkili Vedat Ağsaqqallı qrup üzvlərinin cinayətdən əldə edəcəkləri pulu PKK terror təşkilatına göndərmək niyyətində olduqlarını bəyan edib.
Qeyd edək ki, DTP PKK terror təşkilatını və terrorçu Abdulla Öcalanı müdafiə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR