Türkiyənin Şırnaq vilayətində 5 mühafizəçi şəhid olub

Türkiyənin Şırnaq vilayətində 5 mühafizəçi şəhid olub
# 02 avqust 2008 10:09 (UTC +04:00)
Şırnaq – APA. Türkiyənin Şırnaq vilayətində PKK terrorçularının açdığı atəş nəticəndə 5 qoruyucu (kənd və qəsəbələrin mühafizəsini həyata keçirən könüllü mülki şəxslər) şəhid olub. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyata gedən qoruyucular pusquya düşüblər. Terrorçularla atışmada qoruyuculardan Rəşad, Səlahəddin və Hüseyn Güngör qardaşları, Rafiq Altun və Altun soyadlı bir nəfər şəhid olublar. Türk Silahlı Qüvvələri hadisədən sonra bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR