Bank Of Baku

Danimarkanın baş naziri NATO-nun baş katibi vəzifəsinə ən şanslı namizəddir

Danimarkanın baş naziri NATO-nun baş katibi vəzifəsinə ən şanslı namizəddir
# 19 yanvar 2009 12:12 (UTC +04:00)
Brüssel – APA. NATO-nun baş katibi vəzifəsinə əsas namizədlər Danimarkanın indiki baş naziri Anders Foq Rasmussen və Polşanın xarici işlər naziri Radoslav Sikorskidir. APA-nın məlumatına görə, bunu Belçikanın “Le Sior” qəzeti yazıb. Qəzet A. F. Rasmussenin ABŞ-ın İraqa hərbi müdaxiləsini dəstəklədiyinə və son Yeni il təbrikində NATO-nun Əfqanıstandakı əməliyyatlarına xüsusi yer ayırdığına diqqət çəkib. Danimarkanın baş naziri NATO-da ingiliscədən sonra ikinci rəsmi dil olan fransız dilini bildiyi üçün də R. Sikorskidən daha şanslı namizəd sayılır.
Qeyd edək ki, NATO-nun indiki baş katibi Yaap de Hoop Sxefferin səlahiyyət müddəti iyulun 31-də bitir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR